Accessibility links

Fransada parlament seçkilərinin ikinci raundu keçirilir


Fransız seçicilər bu gün parlament seçkilərinin ikinci və sonuncu raundunda səs verirlər. Səsvermənin mühafizəkar prezident Nikola Sarkozının nüfuzunu genişləndirəcəyi gözlənilir. Günortayadək seçicilərin 23 faizi səsvermişdi ki, bu ötən seçkilərə nisbətən çoxdur. Səsvermənin ilkin raundunda Sarkozının rəhbərlik etdiyi Xalq Hərəkatı İttifaqı 110 yerdən 109-nu təkmandatlı dairələrdə ələ keçirmişdi. Rəy sorğularına əsasən güman edilir ki, hakim partiya 577 yerlik məclisdə 380-lə 420 arasında yerləri tutacaq. Cənab Sarkozı İyunun 26-da parlamentin fövqəladə sessiyasını çağırıb. Həmin sessiyada vergilərin endirilməsi, mühacirət islahatları və işsizlik haqda qanun müzakirə olunacaq. Cənab Sarkozının öz kabinetini bir neçə gün ərzində müəyyən edəcəyi gözlənilir.
XS
SM
MD
LG