Accessibility links

Hərbi əməliyyatlar zamanı azı 30 şiə yaraqlısı qətlə yetirilib


İraq rəsmiləri xəbər verirlər ki, Amerika və Britaniya hərbi qüvvələri ilə döyüşlər zamanı azı 30 şiə yaraqlısı qətlə yetirilib.

Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, Amarah və Əl-Kəbirdə keçirdikləri hərbi əməliyyat zamanı İrandan İraqda qaçaq yolla silah daşınmasında və terror şəbəkəsinin üzvləri olmaqda şübhəli bilinən azı 20 nəfər qətlə yetitilib. Açıqlamada hərbi əməliyyat zamanı terrorçuluqda sübhəli bilinən 6 nəfərin yaralandığı, bir nəfərin isə ələ keçirildiyi xəbər verilir. Hərbiçilər eləcə də bildirirlər ki, həmin terror şəbəkəsi təlimlər keçilməsi məqsədi ilə İrandan İraqa yaraqlılar gətirirdi.

Digər bir xəbərdə isə bildirilir ki, Nasiriyyədə polislə Mehdi Ordusu arasında baş verən toqquşma nəticəsində azı 4 nəfər ölmüş, 50-dən çox adam yaralanmışdır.

XS
SM
MD
LG