Accessibility links

Britaniyanın qərarı müsəlman dünyasına təhqir adlandırılır


Pakistan parlamenti Britaniyanın məşhur “Şeytan Ayələri” romanının müəllifi Salman Rüşdiyə Cəngavər rütbəsi verməsini pisləyib. Qanunvercilər bu şərəfi geri götürməyə çağıraraq, Britaniya hökumətinin addımını İslama təhqir adlandırıblar.

Rüşdiyə cəngavərlik ədəbiyyatdakı xidmətlərinə görə kraliça Yelizavetanın ad günü münasibəti ilə keçirilən törəndə təqdim olunub.

Dünən İran xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni Britaniyanın qərarını müsəlman dünyasına təhqir adlandırmışdır. O, Britaniyanın bu addmının ali rəsmilərin anti-İslamizminin sübutu olduğunu söylədi.

XS
SM
MD
LG