Accessibility links

Kristofer Hill: Pxenyan əsas nüvə reaktorunu bir neçə həftə ərzində bağlaya bilər


" hspace=2 src="/azerbaijani/images/AP_US_Hill_china_eng_195_18Jun07.jpg" width=210 align=left vspace=2 border=0>Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ hökumətinin baş nümayəndəsi deyib ki, Pxenyan özünün əsas nüvə reaktorunu bir neçə həftə ərzində bağlaya bilər. Dövlət katibinin yardımçısı Kristofer Hill bu sözləri bu gün Pekində dilə gətirib. Çin paytaxtında cənab Hill yerli rəsmilərlə Şimali Koreyanın ölkəyə müfəttişləri buraxmasını müzakirə edir.

Şiamli Koreya rəsmisi Rusiyanın İnterfaks Xəbər Agentliyinə söyləyib ki, onun ölkəsi başlıca nüvə reaktorunu iyulun ikinci hissəsində bağlaya bilər. Çin və Birləşmiş Ştatlar Cənubi Koreya, Rusiya və Yaponiya ilə birgə Şimali Koreyanı nüvə silahları proqramından imtina etməyə razı salmağa çalışırlar.

XS
SM
MD
LG