Accessibility links

Bağdad ətrafında hücum zamanı 34 terrorçu öldürülüb


Birləşmiş Ştatların hərbi qüvvələri bildirir ki, İraq əsgərləri Bağdaddan şimal və cənubda üsyançıları məhv etmək məqsədil həyata keçirilən hücumlar zamanı terrorçu olduğundan şübhələnilən 34 nəfəri qətlə yetiriblər. Hərbi qüvvələr Bağdaddan şimal-şərqdə Əl-Qaidəyə qarşı genişmiqyaslı əməliyyat zamanı terrorçu olduğundan şubhələnilən 30 yaraqlının qətlə yetirildiyi və çox sayda silah və bombanın aşkar edildiyini bildirir. 10 min əsgərin iştirak etdiyi genişmiqyaslı əməliyyat dünən Diyala vilayətində başlayıb. Bağdaddan cənub-qərbdə müxtəlif hücumlar zamanı ABŞ əsgərləri dörd yaraqlını qətlə yetirib, 62 nəfəri saxlayıblar. Hərbi qüvvələrin bildirdiyinə görə, ABŞ və İraq əsgərləri Bağdadın Fəcr hissəsində qida çatızmalığından zəifləşmiş və pis rəftara məruz qalmış 24 oğlanın qaldığı bir uşaq evini aşkar ediblər. Yaşı 3 və 15 arasında oğlanlar çılpaq vəziyyətdə qaranlıq otaqda çarpayılarına bağlanmış şəkildə tapılıblar.
XS
SM
MD
LG