Accessibility links

Nazarbayev parlamentin aşağı palatasını buraxıb


Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin aşağı palatasını buraxıb və avqust ayının 18-də erkən seçkilərə çağırıb. Cənab Nazarbayev bunu hakimiyyətdə olan Nur Otan partiyasından qanunvericilərlə görüşü zamanı elan edib. Qanunvericilər Qazaxıstanın siyasi sisteminin demokratikləşdirilməsi istiqamətində son həftələr bir sıra islahatları qəbul etdikdən sonra erkən seçkilərin keçirilməsinə çalışırdılar. Bu tədbirlər prezidentin vəzifə müddətinin yeddi ildən beş ilə qədər qısadılması və prezidentin yalnız iki müddətə seçilməsini nəzərdə tutur. Lakin tədbirlər yalnız Nursultan Nazarbayevin xələflərinə şamil ediləcək. Qazaxıstanın qanunvericiləri cənab Nazarbayevin ömürlük vəzifədə qalmasına imkan verən konstitusiyaya dəyişikliyi may ayında qəbul etmişdilər.
XS
SM
MD
LG