Accessibility links

ABŞ hərbi qüvvələri komandanlığının rəisi Türkmənistandadır


ABŞ hərbi qüvvələrinin yüksək səviyyəli rəsmisi, Birləşmiş Ştatların mərkəzi komandanlığının rəisi, admiral Vilyam Fallon Türkmənistana səfər edib. Prezident Qurbanqulu Berdimuhammedov admiralı bu gün Aşqabadda qarşılayıb.

Medianın verdiyi məlumata əsasən, Türkmənistan prezidenti və regiondakı Amerika qüvvlərinin komandiri terrorizm, narkotik qaçaqlmalçılığı, insan alveri və Mərkəzi Asiyada sərhəddin qanunsuz keçməsinə qarşı mübarizədə Türkmənistan-ABŞ əməkdaşlığının vacibliyini müzakirə ediblər. Admiral Fallon Türkmənistanın Əfqanıstanın inkişafında rolunu vurğulayıb. Türkmənistan qonşu Əfqanıstanı elektrik və maye qazla təmin edir.

XS
SM
MD
LG