Accessibility links

İran Talibana silah vermədiyini deyir


İran Tehranın Taliban yaraqlılarını silahlandırması barədə Birləşmiş Ştatların ittihamlarını rədd edir.

İranın rəsmi İRNA xəbər agentliyi xarici işlər nazirinin müavini Mehdi Səfəriyə istinadən ittihamların əsassız və məntiqsiz olduğunu deyib. Səfəri deyib ki, İran və Əfqanıstanın rəsmiləri iddiaların heç bir əsası olmadığı qənaətindədir.

Səfəri həmçinin bildirib ki, Taliban yaraqlıları cənubi Qəndəhar vilayətində İranın baş konsulluğuna da hücum etmişdi. Onun sözlərinə görə, bu hücum Tehranla Talibanın əməkdaşlıq etmədiyinə sübutdur.

Ötən həftə ABŞ müdafiə naziri Robert Geyts demişdi ki, Əfqanıstana gətirilən İran istehsalı silahların həcmi Tehran hökumətinin bundan xəbərdar olmadığına şübhə etməyə əsas verir.

XS
SM
MD
LG