Accessibility links

Konqresdə Rusiya-ABŞ dinləmələri keçirilir


Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Rusiya parlamentinin bir neçə üzvü ilə demokratiya və insan hüquqları məsələsinə həsr olunmuş birgə toplantı keçirir.

Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin üzvlərini açılış nitqində Nümayəndələr Palatasının spikeri Nensi Pelosi salamlayıb. O, iki ölkə arasında ünsiyyətin və məsləhətləşmələrin önəmli olduğunu bildirib.

Görüş zamanı Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Tom Lantos iki ölkənin ümumi məqsədləri və hədəfləri olduğunu deyib. O bildirib ki, Rusiya prezidenti Boris Yeltsinin hakimiyyətdən getməsindən sonra Birləşmiş Ştatların Rusiya ilə problemləri yaranıb.

Dumanın Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov isə deyib ki, Rusiya birgə dinləmələri dəstəkləyir, belə ki, onlar ABŞ-Rusiya əlaqələri baxımından böyük önəm daşıyır.

O həmçinin qeyd edib ki, adi rusların çoxu mərhum Yeltsinin dövründəki Rusiyada yaşamaqdansa, Putinin rəhbərliyi altındakı ölkədə yaşamağa üstünlük verir.

XS
SM
MD
LG