Accessibility links

14 yaşlı təbrizli fəalı yenidən həbs ediblər


İran Azərbaycanında siyasi həbslər davam edir. Həbs olunan azərbaycanlı milli fəallar arasında yeniyetmə də var- Məhəmmədrza Əvəzpur kimi.

14 yaşını yenicə tamamlamış Təbrizli Məhəmmədrza Əvəzpur yenidən həbs olunub. Bu barədə məlumatı onun anası Səkinə Qasımidən almışıq. Səkinə xanımın verdiyi məlumata görə, Məhəmmədrza əmisi və əmisinin xanımı ilə birgə parkda olarkən İslam inqilabının maraqlarını müdafiə edən yarımsilahlı bəsic qrupunun bir dəstəsi ona yaxınlaşıb, qolunu bağlayıb aparıblar. Əmisinin Məhəmmədrzanı bəsiclərin əlindən almaq cəhdləri boşa çıxıb.

O zamandan bəri Məhəmmədrzanın saxlandığı yer bəlli deyil. Məhəmmədrza Əvəzpur son bir il yarım ərzində 4 dəfə həbs olunub. 2006-cı ilin may ayında divarda "Mən türkəm" sözünü yazdığına görə həbs olunan Məhəmmədrza Əvəzpuru 3 gün ac susuz saxlayıblar.

Beynəlxalq Amnistiya Ettelaat idarəsində o zaman 13 yaşı olan Məhəmmədrzanın bir sutka başı aşağı saxlanmasına kəskin etirazını bildirmişdi.

Səkinə Qasıminin sözlərinə görə, Məhəmmədrza hələ məktəbdə oxuyur, lakin məktəb rəhbərliyi toplantılarda onu milli hüquqlar uğrunda hərəkata məsubluğuna görə daim təhqir edir.

Məhəmmədrza Əvəzpurun qardaşı Mustafa Əvəzpur da hərəkat fəallarındandır. Onun da üzərində pantürkizm ittihamı ilə bir neçə məhkəmə hökmü var.

Tam reportajı audio-formatda dinləyə bilərsiniz

XS
SM
MD
LG