Accessibility links

Azərbaycan əhalisinin hər səkkiz nəfərindən biri qaçqın və ya məcburi köçkündür


Azərbaycan Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün olduğunu bildirib.

Onun sözlərinə görə, bu ilin sonunadək Azərbaycandakı bütün qaçqın düşərgələri ləğv ediləcək və onlar yeni tikilmiş müasir qəsəbələrə köçürüləcək. Cənab Sadıqov Azərbaycanda çeçen, İran, İraq, Əfqanıstan və Fələstindən olan 11 minədək qaçqının olduğunu da bildirib. Azərbaycan ölkədəki bütün qaçqın və məcburi köçkünlərin sosial qayğısına qalır, bu sahədə dövlət proqramı və qanunvericilik bazası var.

XS
SM
MD
LG