Accessibility links

Yaxın Şərq sülh dördlüyü Qüdsdə görüşəcək


Həmasın Qəzza zolağında nəzarəti ələ keçirməsindən sonra Yaxın Şərq sülh dördlüyü çərşənbə axşamı Qüdsdə ilk danışıqlarını keçirəcək.

Bu gün rəsmilər ABŞ, BMT, Rusiya və Avropa Birliyinion regiondakı son prosesləri müzakirə etmək üçün toplaşacaqlarını təsdiq edib.

Bu görüşdən bir gün əvvəlsə Misirdə İsrail baş naziri Ehud Olmert və Fələstin prezidenti Mahmud Abbasın iştirakı ilə sammit keçiriləcək. Misirin Şarm əl Şeyx istirahət güşəsində keçiriləcək zirvə görüşünə Misir və İordaniya nümayəndələri də qatılacaq.

XS
SM
MD
LG