Accessibility links

BP Şərqi Sibirdə qaz layihəsindən çıxır


Britaniyanın BP neft şirkəti şərqi Sibirdəki qaz yatağındakı payını Rusiyanın dövlətə məxsus Qazprom şirkətinə satmağa razılıq verib.

Bu günkü məlumatda Qazpromun TNK-BP konsorsiumunda BP-yə məxsus 63 faizlik paya görə 900 milyon dollar ödəyəcəyi deyilir.

Bu satış əməliyyatından bir ay əvvəl Rusiya məhkəməsi rəsmilərin konsorsiumun lisenziyasını aşağı məhsuldarlığa görə dayandırması ilə bağlı TNK-BP-nin iddiasını qəbul etməmişdi. Konsorsium isə Qazpromun onlara Çinə ixrac kəməri çəkməyi qadağan etdiyinə görə daha artıq istehsalın mümkün olmadığını bidlirib. Rusiya qanunvericiliyinə görə, qaz ixracı ilə yalnız Qazprom məşğul ola bilər.

XS
SM
MD
LG