Accessibility links

Moskva şərqi Avropada enerji layihələrində əsas rol oynamaq istəyir


Rusiya prezidenti Vladimir Putin Balkan ölkələrinin liderlərilə regionda enerji məsələlərini müzakirə etmək üçün Xorvatiyadadır. Bu gün paytaxt Zaqrebdə mətbuat konfransı zamanı danışan cənab Putin Rusiyanın cənubi-şərqi Avropada əsas neft və qaz təchizatçısı kimi rolunu vurğulayıb. O deyib ki, Moskva regionun enerji ilə təmin edilməsində mərkəzi rol oymanaq istəyir və regionun enerji layihələrinə qoşulmaq əzmindədir.

Albaniya, Bolqarıstan, Yunanıstan, Makedoniya, Serbiya, Monteneqro, Rumıniya və Sloveniya liderləri danışıqlarda iştirak edir. Xorvatiya və Macarıstan da daxil edilməklə, bir sıra ölkələr təbii qaz mənbələrinin divertifikasiyası və Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyan enerji layihələri üzərində işləyir. Bu, Rusiyanın 2006-cı ildə Ukrayna və bu ilin əvvəli Belarusa enerji nəqlini kəsməsi ilə müşayət olmuşdu.


Regionda əsas enerji təchizatçısı kimi Rusiya Türkiyənin Dardanel və Bosfor boğazlarında tanker daşımalarının yüngülləşdirilməsinə kömək edəcək bir sıra kəmər layihələrini inkişaf etdirmək istəyir. Bazar ertəsi günü Rusiya prezidenti Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının Türkiyədə enerji məsələlərinin müzakirə ediləcəyi 15-ci yubiley sammitində iştirak etmək üçün İstanbula yola düşəcək. Bu ilin aprel ayında Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan, Rumıniya, Yunanıstan, Serbiya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan və Moldovanın liderləri regionda iqtisadi və enerji əməkdaşlığını gücləndirmək məqsədilə Qara dəniz ətrafında şosse yolunun salınması haqda razılığa gəliblər.

XS
SM
MD
LG