Accessibility links

Livanda partlayış zamanı BMT-nin sülhümühafizə qüvvələrinin beş əsgəri həlak olub


Livan hərbi qüvvələrinin yüsək səviyyəli rəsmisi ölkənin cənubunda bomba partlayışı zamanı BMT-nin sülhümühafizə qüvvələrinin beş ispan əsgərinin öldüyünü bildirib. Təhlükəsizlik qüvvələri bombanın uzaq məsafədən idarə olunan cihazla işə salındığını bildiriblər. BMT-nin 13 min nəfərdən ibarət sülhümühafizə qüvvələri Livanın cənubunda Livan-İsrail sərhəddini mühafizə edir. Keçən il Hizbullah və İsrail arasında müharibədən sonra BMT sülhümühafizə qüvvələrini gücləndirmişdir. Şiə yaraqlı qrup olan Hizbullah bu günkü hücumu pisləyib.
Dünən gecə Tripoli şəhərində hökumət qüvvələri və islamçı ekstremistlər arasında toqquşma nəticəsində 10 nəfər həlak olub. Rəsmilərin bildirdiyinə görə, hökumət qüvvələrinin reydi zamanı baş vermiş atışma nəticəsində bir əsgər, altı yaraqlı, iki polis zabiti və iki mülki vətəndaş həlak olub.
XS
SM
MD
LG