Accessibility links

Avropa Birliyi Türkiyə ilə danışıqları qismən bərpa edib


Avropa Birliyi Türkiyə ilə iki az əhəmiyyətli siyasi məsələ üzrə danışıqları qismən bərpa etsə də, iqtisadi və maliyyə inteqrasiya məslələləri üzrə mwzakirələr ləğv edilib.

İttifaqa prezidentlik edən Almaniya birliyə daxil olmaq istəyən ölkələrin islahatlar keçirməli olduğu 35 əsas sahədən üçü üzrə danışıqları başlamaq barədə qərar verib.

Lakin Brüsseldəki diplomatlar 27 AB ölkəsinin iqtisadi və maliyyə siyasəti məsələlərini gündəlikdən çıxardığını təsdiqləyib.

Gündəliyin dəyişməsinə heçbir rəsmi izah verilməyib. Lakin təhlilçilər deyir ki, Fransanın yeni prezidenti Nikola Sarkozi əhalisinin çoxu müsəlman olan olan Türkiyəni Avropa Birliyinə qəbul etməyin kəskin əleyhdarıdır.

XS
SM
MD
LG