Accessibility links

Istanbulda Qara dəniz əməkdaşlıq sammiti keçirilir


Qara dəniz hövzəsində yerləşən 12 ölkənin dövlət və hökumət başçıları enerji və ticarət məslələrini müzakirə etmək üçün İstanbulda toplaşıblar. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil edilən dörd günlük konfrans bu gün ticarət əməkdaşlığının 15-ci ildönümünün qeyd olunması ilə açılıb.

Rusiya lideri Vladimir Putin sammitdə iştirak edən Albaniya, Azərbaycan, Yunanıstan, Serbiya, Türkiyə və Ukrayna liderlərinə qoşulub. Bolqarıstan, Gürcüstan, Moldova və Ruminiyanın da dövlət başçıları və Ermənistanın xarici işlər naziri də konfransda iştirak edir.

Türkiyə Xəzər regionunu Qərbi Avropa ölkələri ilə bağlayan neft kəməi layihəsinin təşəbbüskarıdır. Bakıdan Aralıq dənizindəki Ceyhana qədər uzanan neft kəməri keçən il işə salınıb. Qara dəniz sahilindən Ceyhana qədər uzanacaq ikinci kəmərin qazax və Rusiya neftini Aralıq dənizi sahillərinə çatdıracağı gözlənilir.

XS
SM
MD
LG