Accessibility links

Vardan Oskanyan Türkiyəni əlaqələri bərpa etməyə çağırır


Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Türkyəni iki ölkə arasında tarixi mübahisəyə son qoyulmasında ilk addım olaraq, sərhədləri açmağa çağırıb.

Erməni nazir bu müraciəti İstanbulda keçirilən Qara dəniz iqtisadi əməkdaşlıq sammityi çərçivəsində türkiyəli həmkları Abdullah Güllə görüş zamanı edib. Lakin Oskanyan Türkiyənin mövqeyində hər hansı dəyişikliyi hiss etmədiyini deyib.

İki ölkə arasında münasibətlər Ermənistanın birinci dünya müharibəsi zamanı Osmanlı türklətri tərəfindən soyqırıma məruz qaldıqları barədə iddiaları ilə bağlı korlanıb. Türkiyə bu iddiaları rədd edir.

Bundan əlavə, 1993-cü ildə Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz müttəfiqi Azərbaycana dəstək olaraq Ermənistanla sərhədləri bağlayıb.

XS
SM
MD
LG