Accessibility links

ABŞ dövlət katibi Fuad Siniora ilə görüşüb


Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays Livanda baş verən dəyişikliklər barədə danışıqlar aparmaq üçün həmin ölkənin baş naziri Fuad Siniora ilə görüşmüşdür.

Dövlət departamentinin sözçüsü Şon Makkormak Parisdə keçirilən görüş zamanı xanım Raysın Birləşmiş Ştatların Siniora hökumətinin siyasi və iqtisadi islahatlarını dəstəklədiyini bir daha dilə gətirdiyini bildirib. Sözçü eləcə də bildidib ki, xanım Rays Livanda baş verən ekstremizmə qarşı mübarizədə Birləşmiş Ştatların Livan hökumətinə kömək edəcəyini deyib. Cənab Siniora Parisdə Fransanın yeni prezidenti Nikola Sarkozi ilə də görüşəcək.

XS
SM
MD
LG