Accessibility links

BMT müfəttişləri nüvə reaktoru məsələsi ilə əlaqədar Şimali Koreyadadır


BMT müfəttişləri Şimali Koreyanın əsas nüvə reaktorunun bağlanması məsələsini müzakirə etmək üçün bu ölkədədir. Bu, beş il bundan əvvəl müfəttişərlərin ölkədən çıxarılmasından sonra onların Şimaili Koreyaya ilk səfəridir.

Pxenyana yola düşməzdən əvvəl Beynəlxalq Atom Enerjisinə Nəzarət Agentliyinin baş müfəttişi Olli Heynonen Pekində müxbirlərlə söhbəti zamanı deyib ki, o, Şimali Koreyanın öz öhdəliklərinə əməl edəcəyinə nikbinliklə baxır.

Şimali Koreya fevral ayında Yonqbuyon reaktorunu bağlamağa razı olmuşdu, lakin ABŞ-la maliyyə mübahisəsinə görə prosesi gecikdirmişdi. Dünən Şimali Koreya mübahisənin həll olduğunu və reaktoru tez bir zamanda bağlayacağını elan edib.

XS
SM
MD
LG