Accessibility links

Pakistandakı hava şəraiti insanların ölümünə səbəb olub


Pakistanda bu gün baş verən siklon küləyi azı 10 nəfərin ölümünə səbəb olub. Minlərlə insan tufandan qurtulmaq üçün həmin ərazini tərk etmişdir.

Balucistan vilayətində, saatda 130 km sürətlə əsən Yemyin siklon küləyi eləcə də güclü yağışlara səbəb olmuş və nəticədə çaylar daşmış, yollar sıradan çıxmışdır. Rəsmilər küləyin gücünün bir neçə saatdan sonra azaldığını bildirirlər.

Qeyd edək ki, Pakistanın sahil şəhəri Karaçidə başlayan musson yağışları və tufanlar 228 nəfərin ölümünə səbəb olub. Qonşu Hindistanda da güclü yağışlar sellərə səbəb olmuş və azı 140 nəfər ölmüşdür.

XS
SM
MD
LG