Accessibility links

Avropa Birliyi və Türkiyə statistika və maliyyə nəzarətləri barədə danışıqlara başlayıblar


Avropa Birliyi və Türkiyə iki kiçik siyasət sahəsində üzvlük danışqılarına başlayıblar. Brüsseldə müzakriə olunan məsələlər statistika və maliyyə nəzarətləridir. Bazar ertəsi Avropa Birliyi Türkiyə ilə üzvlük danıqışlarının bərpa olunmasına razılıq verib, lakin iqtisadiyyat və pul siyasəti bu danışqıların tərkib hissəsi deyil.

Avropa Birliyi prezidenlityinə sahib Almaniya 6 aylıq səlahiyyət müddəti ərzində namizədlərin yerinə yetirməli olduğu 35 üzvlük danışıqlarından 3-nə başlamaq qərarına gəlib. Lakin 27 Avropa dövlətinin səfirləri pul və iqtisadiyyat siyasəti məsələlərini gündəmdən çıxarmağa səs veriblər. Bu barədə rəsmi izahat verilməyib. Lakin təhlilçilər güman edirlər ki, Fransanın yeni prezidenti Nikola Sarkozı müsəlman Türkiyənin birliyiə üzvlüyünə qarşı sərt müxalif mövqedən çıxış edir.

XS
SM
MD
LG