Accessibility links

Yaxın Şərq Dördlüyü Qüdsdə görüşüb


Misirdə İsrail və onun Ərəb qonşuları arasında danışıqların başa çatması və Həmasın Qəzza Zolağında nəzarəti əlinə almasından sonra Yaxın Şərq sülh danışıqlarında beynəlxalq kvartet Ərəb-İsrail sülh prosesini müzakirə etmək üçün bu gün Qüdsdə görüşüblər. Yaxın Şərq Dördlüyünün üzvləri Qüdsdə Birləşmiş Ştatlar konsulluğunda üç saata qədər danışıqlar aparıb.

Mediada verilən xəbərlərdə bildidilir ki, görüşün əsas məqsədi istefaya getməkdə olan Britaniya baş naziri Toni Bleyerin Yaxın Şərq üzrə ali elçi təyin etmək məsələsinin müzakirəsi idi.

ABŞ, Rusiya, BMT və Avropa Birliyinin daxil olduğu Yaxın Şərq kvartetinin nümayəndə heyəti danışıqların təfərrüatı barədə məlumat verməsələr də, cənab Bleyer Londonda keçirilən mətbuat konfrasında belə bir öhdəliyi götürməyə hazır olduğunu deyib. “Dünyada sülh və sabitliyin qorunmasının qayğısına qalan hər bir kəs bilir ki, İsrail-Fələstin məsələsinin davamlı və möhkəm həlli çox vacibdir”-deyə, o bildidir.

Dördlüyün bu görüşü İsrailin baş naziri Ehud Olmertlə Fələstin prezidenti Mahmud Abbas arasında danışıqlardan bir gün sonra keçirlir. Dünən Misirdə keçirilən sammitdə İsrailin baş naziri Ehud Olmert xoşməramlı addım olaraq, İsrail məhbəslərində olan 250 Fətah üzvünü azad edəcəyini bildirib.

XS
SM
MD
LG