Accessibility links

Toni Bleyr istefasını kraliça Yelizavetaya təqdim etdi


Britaniyanın Leyborist Partiyası tarixində ən uzun müddət baş nazir olmuş Toni Bleyr istefasını kraliça İkinci Yelizavetaya təqdim edib. Bundan bir qədər sonra kraliça ölkənin baş naziri vəzəfisini tutacaq Qordon Brounu qəbul edərək ondan nazirlər kabinetini təşkil etməsini istəyib.

Bu gün baş nazir kimi partlamentdə özünün son çıxışını edən Toni Bleyr onun 10 il vəzifədə olduğu dövrdə gördüyü işlərdən razılıqlarını idafə edən partlament üzvlərinin çoxsaylı suallarına cavab verib. O, İraq və Əfqanıstanda Britaniya əsgərlərinin ölüm təhlükəsi qarşısında olmasına görə təəssüfünü bildirib, lakin terrorizmə qarşı müharibədə Birləşmiş Ştatlara verdiyi dəstəyə görə üzrxahlıq etməyib.

Şimali İrlandiyanın sərtxətt tərəfdarı, protestant ruhani və partlament üzvü İyen Peysli baş nazir Bleyrdən sülh prosesində oynadığı rola görə razılığlını ifadə edib. Şimali İrlandiya sülh prosesi ilə yanaşı, Toni Bleyrin Kosovoda Serbiya rəsmiləri əleyhinə hərbi əmliyyatları dəstəkləməsi və Britaniya iqtisadiyyatının dirçəlməsində oynadığı rol xüsusi qeyd edilib.

XS
SM
MD
LG