Accessibility links

Senat yenidən miqrasiya layihəsini müzakirəyə çıxarıb


Bu gün ABŞ senatının mübahisəli immiqrasiya islahatları layihəsi üzrə bir daha səs vermə keçirəcəyi gözlənilir. Əgər layihə 60 səs qazansa, sənəd üzrə debatlar başa çatacaq və o, təsdiq üçün yekun səsverməyə təqdim ediləcək.

Prezident Buş və hər iki partiyanı təmsil edən Şuranın razılaşması nəticəsində ortaya çıxan layihə 12 milyon sənədsiz mühacirin status üçün müraciət etməsinə yol açır.

Buraya həmçinin müvəqqəti qonaq işçi proqramı və sərhəd təhlükəsizliyinin artırılması üzrə tədbirlər daxildir. Bəzi respublikaçı və demokratlar layihənin əleyhinə çıxış edirlər.

Respublikaçılar sənədin qeyri-leqal miqrantlara amnistiya verdiyini, demokratlar isə yeni tədbirlərin qeyri-leqal mühacirlərin ailələri ilə qovuşması üçün şərait yaratmadığını əsas gətirirlər.

XS
SM
MD
LG