Accessibility links

Rəsmi Tbilisi separatçıların iddialarını təkzib edir


Gürcüstanın Cənubi Osetiya regionundakı separatçılar hökumət qüvvələrinin mülkilər yaşayan ərazini iki gündür ki, atəşə tutduqlarını bildirir.

Separatçıların bəyanatında deyilir ki, hökumət qüvvələrinin əyalətin paytaxtı Tsxinvaliyə qumbaraatanlardan açdıqları atəş nəticəsində bir nəfər yaralanıb.

Ərazidəki Gürcüstan hərbi komandiri atəş açıldığı barədə xəbəri təkzib edib. O deyib ki, başçılığı altında olan qüvvələr onlara açılan atəşə xırda çaplı silahlardan cavab atəşi açıblar.

O həmçinin hökumətin əraziyə tank və əlavə qüvvə yeritdiyi barədə separatçıların iddialarını da təkzib edib.

Cümə axşamı separatçılar hökumət qüvvələrinin Kverneti kəndinə qumbaraatanlardan hücumu nəticəsində iki evin dağıldığını bildirmişdilər.

Gürcü komandiri bu xəbəri də təkzib edib. Gürcüstan hökumətinin ərazidə gürcülərin yaşadığı iki kəndi birləşdirən yolu çəkməyə başlamasından sonra gərginliyin artdığı bildirilir.

XS
SM
MD
LG