Accessibility links

Corc Buş Kuba liderinin ölümünü gözlədiyini deyib


Prezident Buş Kuba lideri Fidel Kastronun ölümünü gözlədiyini açıq elan edib. Cümə axşamı Rod Aylenddəki ABŞ hərbi dənizçilik məktəbində çıxış edən cənab Buş belə də deyib: “Bir gün mərhəmətli Tanrı Fidel Kastronu aparacaq”.

Auditoriya cənab Buşun Kuba inqilabının rəhbərinin ölümü barədə dediklərini alqışlayıb. Lakin, ehtimalən, başqa ölkə liderinin ölümünə sevinməyin o qədər də yaxşı olmadığını anlayan prezident Buş kütlənin reaksiyasını səngitməyə çalışıb.

Cənab Buş deyib ki, əsl məsələ Kubanın demək olar ki, yarım əsrlik hakimiyyətdən sonra cənab Kastrosuz necə olacağıdır. Prezident Buşun sözlərinə görə, cənab Kastronun ölümü Kubada demokratiyanı təşviq etmək üçün imkan ola bilər.

XS
SM
MD
LG