Accessibility links

Ankara şimali İraqa müdaxilə planı hazırlayıb


Türkiyə xarici işlər naziri Abdulla Gül deyir ki, onun hökuməti Kürd qiyamçılarını təqib etmək üçün İraqın şimalına müdaxilə planı hazırlayıb. Gül Türk qəzetinə bildirib ki, əgər İraq və ya ABŞ hökumətləri PKK təhlükəsinin qarşısını almasalar onda onun hökuməti tədbirlər görməyə məcbur olacaq. Çərşənbə günü Türk Silahlı Qüvvələrinin komandanı yenidən vurğulayıb ki, İraqda qərargahlanan PKK qiyamçılarını əzmək üçün sərhədi keçmək tələb olunur. General Yaşar Büyükanıt deyib ki, Türk hökuməti belə bir müdaxilə üçün qaydaları müəyyən etməlidir. ABŞ rəsmiləri Türkiyənin İraqa müdaxilə etməsinə qarşı çıxırlar.
XS
SM
MD
LG