Accessibility links

Israil qoşunları reydləri davam etdirir


İsrail qoşunları İordan çayının Qərb sahilindəki Nablus şəhərində həyata keçirdikləri əməliyyatın ikinci günündə Fələstin yaraqlısını qətlə yetiriblər.

Şahidlər bildirir ki, yaraqlı İsrail əsgərlərindən qaçmağa cəhd göstərdiyi zaman güllələnib.

Əl Əqsa şəhidlər briqadası öldürülən şəxsin Fələstinlilərin prezidenti Mahmud Abbasın Fətah fraksiyasına sadiq olan bu qrupun üzvü olduğunu bildirib.

Cümə axşamı Nablusdakı toqquşmalarda iki fələstinli həbs olunub, beş İsrail əsgəri yaralanıb. Fələstin rəsmiləri bildirir ki, İsrailin əməliyyatları cənab Abbasın hökumətini sarsıdır.

Bu arada BMT-nin Fələstin qaçqınlarına yardım göstərən agentliyi İsraillə Qəzza zolağı arasında əsas ticarət tranzit məntəqəsinin cümə axşamı açılmasını alqışlayıb. BMT yardım agentlikləri İsraillə sərhəd məntəqələri açılanadək Qəzzanın qida çatışmazlığı ilə üzləşdiyi barədə xəbərdarlıq vermişdilər.

XS
SM
MD
LG