Accessibility links

Sünni bloku İraq koalisiya hökumətindən çıxdığını deyir


İraqın koalisiya hökumətindəki əsas sünni ərəb bloku həmkarlarına qarşı başlanan hüquqi prosedurlara etiraz olaraq kabineti tərk etdiyini bildirib. Sünni Razılaşma Cəbhəsi qrup üzvü olan altı nazirdən biri - mədəniyyət naziri Əsəd Kamal əl Haşimi haqqında çıxarılan həbs xəbərdarlığına etiraz addımını bu gün elan edib.

Rəsmilər Haşimiyə qarşı həbs xəbərdarlığını onun iki il əvvəl digər siyasətçiyə qarşı sui-qəsd cəhdinə rəhbərlik etdiyi ittihamı ilə bağlı veriblər. Sünni siyasətçilər ittihamın siyasi motivlərlə irəli sürüldüyünü bildirir.

Bu arada İraqdakı Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri bildirirlər ki, Bağdadın cənubunda yol kənarında yerləşdirilən mina partlayışı nəticəsində beş Amerika əsgəri həlak olub.

Rəsmilər qiyamçıların mina partlayışından sonra, keşik çəkən əsgərləri atəşə tutduğunu bildirir. Amerika hərbi rəsmiləri xəbər verir ki, hərbi qüvvələr İraqın bir sıra bölgələrində həyata keçirdikləri əməliyyatlar zamanı terrorda şübhəli bilinən üç adamı öldürüb, 25-ni həbs ediblər.

XS
SM
MD
LG