Accessibility links

Huqo Çaves Mahmud Əhmədinejadla görüşüb


Venesuelanın prezidenti Huqo Çaves İranlı həmkarı Mahmud Əhmədinejadla Tehranda ikitərəfli əlaqələrin inkişafını müzakirə edib. Cənab Çaves deyib ki, İran və Venesuela kimi ölkələrin əməkdaşlığı imperialist siyasətlərə qarşı effektiv rol oynaya bilər. Cənab Çaves bunu Birləşmiş Ştatları nəzərdə tutaraq deyib.

Bazar ertəsi cənab Çaves və cənab Əhmədinejad birgə neft-kimya zavodunun açılışında iştirak edəcəklər. Venesuela lideri İrana şənbə günü, Belarus və Rusiya səfərlərindən sonra gəlib.

Belarusda cənab Çaves prezident Aleksandr Lukaşenko ilə iqtisadi əlaqələr, enerji və hərbi layihələri müzakirə edib.

Rusiyada səfərdə ikən cənab Çavez Rusiyanın neft qaz şirkətlərini ölkəsinin enerji ehtiyatlarına sərmayəni artırmağa çağırıb.

XS
SM
MD
LG