Accessibility links

ABŞ aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib


Birləşmiş Ştatların Daxili təhlükəsizlik naziri Maykl Çertoff deyib ki, Britaniyada son zamanlar baş verən terror aktları ilə Birləşmiş Ştatlara qarşı hər hansı təhlükə arasında əlaqəni sübut edən etibarlı kəşfiyat məlumatları yoxdur.

Çertoff bildirib ki, ABŞ hava limanlarında təhlükəsizlik tədnbirləri gücləndirilib, lakin bu, hər hansı bir spesifik təhlükəyə qarşı deyil, sadəcə ehtiyat üçün edilib.

Bu arada Şotlandiya polisi bildirib ki, onlar Qlazqoda və Britaniyanın paytaxtı Londonda terror aktları ilə əlaqədar olaraq Qlazqo yaxınlığındakı evlərdə axtarış aparırlar.

Londonda iki partlamamış maşın-bomba aşkar edildikdən bir gün sonra, şənbə günü Qlazqoda iki nəfərin idarə etdiyi yanan maşın şəhər aeroportunun terminalına çırpılıb.

Britaniya rəsmiləri hücumlardan sonra şənbə günü ölkədə təhlükə səviyyəsinin kritik olduğunu elan ediblər. Polis üç insidentin bir birilə əlaqəli olduğunu deyir.

Artıq hadisələrlə əlaqədar 4 nəfər şübhəli saxlanılıb. Onlardan ikisi Qlazqoda partlayan maşını idarə edənlərdir. Digər ikisi isə İngiltərənin şimalında Çeşirdə həbs olunublar.

XS
SM
MD
LG