Accessibility links

Human Rights Watch: İsrail və Fələstin yaraqlıları müharibə qanunlarını pozur


Beynəlxalq insan hüquqları qrupu Human Rights Watch bildirir ki, fələstinlilərin İsrailə, israillilərinsə Qəzza yaxınlığında yaşayış məntəqələrinə raket hücumları müharibə qanunlarına ziddir.

Human Rights Watch həm İsrailin, həm də fələstinli qrupların mülki əhalinin həyatına sayğı göstərmədiyini bildirir. Qrupun bəyanatına əsasən, fələstin yaraqlıları 2005-ci ilin sentyabrından 2007-ci ilin mayınadək Israilə 2700 raket, İsrail isə həmin dövr ərzində Qəzzaya 14600 artilleriya mərmisi atıb.

İsrailin baş naziri Ehud Olmert bildirib ki, ordu israil mülkilərinə qarşı hücum planlaşdıran fələstin yaraqlılarına qarşı nizamsız reydləri davam etdirəcək.

XS
SM
MD
LG