Accessibility links

Əl-Əqsa Şəhidlər Briqadasının üzvü qətlə yetirilib


İsrail hərbi qüvvələri bu gün İordan Çayının Qərb Sahilindəki Jenin şəhərinin qaçqın düşərgəsinə reyd zamanı bir silahlı fələstinlini qətlə yetirib. İsrailin ordu sözçüsünün bildirdiyinə görə, qətlə yetirilən yaraqlı teleskoplu M-16 növlü silaha malik idi.

Fələstin mənbələri həmin şəxsin Əl-Əqsa Şəhidlər Briqadasının üzvü olduğunu bildiriblər. Digər bir xəbərdə İsrailin Fələstin muxtariyyətinə dəstək məqsədi ilə 120 milyon dollar məbləğində vergi fondlarının köçürdüyü bildirilir. 120 milyon dollarlıq fonddan gələn 6 ay ərzində fələstinlilərə pul ödənəcək.

XS
SM
MD
LG