Accessibility links

İstanbul məhkəməsi 4 şübhəlini azad etdi


İstambulda erməni jurnalistin qətlində şübhəli bilənən 18 adamdan 4-ü hakim tərəfindən azad edilib. Onlar dünən başlayan məhkəmə prosesində azadlığa buraxılıblar. Məhkəmə isə ilin sonundək təxirə salınıb. Proses müttəhim azyaşlı olduğuna görə bağlı qapılar arxasında keçirilib. Hrant Dink adlı jurnalistin yanvar ayında 17 yaşlı gənc tərəfindən öldürüldüyü deyilir. O günahkar olduğunu etiraf edib.

Jurnalistin 1900-cu illərdə Osmanlı imperiyası dövründə ermənilərin genosidə məruz qaldığını deməsi türk millətçilərinin kəskin qəzəbi ilə qarşılanmışdı.

XS
SM
MD
LG