Accessibility links

Çinin xarici işlər naziri Pxenyandadır


Çinin xarici işlər naziri Yang Jieçi bu gün Pxenyanda Şimali Koreya lideri Kim Yong İllə görüş keçirib. Görüş zamanı Şimali Koreyanın nüvə silahları proqramın dayandırılması sahəsində əldə edilən inkişaflar müzakirə edilib. Çinin Tsinxua xəbər agentliyinin məlumatında deyilir ki, cənab İl altıtərəfli danışıqlarda iştirak edən ölkələrin silahsızlaşma planının ilkin şərtlərinə əməl etməli olduqlarını deyib. Xatırladaq ki, keçən fevral ayında Şimali Koreya Çin, Rusiya, Cənubi Koreya, Yaponiya və ABŞ-dan iqtisadi və siyasi yardım müqabilində əsas nüvə obyekti olan Yongbyonun bağlanacağına vəd vermişdi. Çinin xarici işlər naziri Şimali Koreyalı həmkarı və baş nazirlə də görüşlər keçirib.

XS
SM
MD
LG