Accessibility links

Gürcüstan Rusiya ilə razılığa gələ bilmir


Gürcüstan hava yolları Moskvanın formal razılığını ala bilmədikdən sonra Rusiyaya çarter uçuşlarını bərpa etmək planını təxirə salıb.

Bu gün Gürcüstanın Airzena hava yolları şirkəti Tbilisi Moskva uçuşlarının ləğvini elan edib. Ötən həftə şirkət Rusiya rəsmiləri ilə uçuşların bərpası ilə bağlı şifahi razılığın əldə olunduğunu bildirmişdi.

Bu günsə şirkət bildirib ki, Rusiya hökuməti bu razılaşmanı təsdiqləmək niyyətində deyil. Rusiya ötən il bir neçə rus əsgərinin Gürcüstanda casusluq ittihamı ilə həbsindən sonra bu ölkə ilə hava yer, dəniz nəqliyatı və poçt rabitəsini kəsib.

Reuters xəbər agentliyi Rusiya hökumətindəki mənbələrə istinadən Moskvanın bu ay uçuşları bərpa etmək barədə razılığa sadiq qalacağını yazıb. Xəbərdə yubanmanın texniki problemlərlə bağlı olduğu deyilir.

XS
SM
MD
LG