Accessibility links

Estoniya rus əsgərlərinin nəşlərini yenidən dəfn edib


Estoniya ikinci dünya müharibəsinin əsgərlərinin şərəfinə ucaldılmış abidənin yerini Rusiyanın etirazını doğurmasına baxmayaraq dəyişdirdikdən sonra həmin yerdəki 8 naməlum sovet əsgərinin məzarlarının da yerini dəyişib.

Rusiyanın Estoniyadakı səfirliyinin işçiləri bu gün Tallindəki hərbi qəbristanlıqda yarımqapalı şəraitdə keçirilən yenidən dəfnetmə mərasimində iştirakdan boyun qaçırıb.

Rusiya və Estoniya arasında münasibətlər Aprel ayında eston hökumətinin naməlum əsgər abidəsini şəhərin mərkəzindən götürməsindən sonra pisləşmişdi.

XS
SM
MD
LG