Accessibility links

İraqda daha 35 yaraqlı qətlə yetirilib


ABŞ hərbçiləri koalisiya qüvvəlrəinin İraqdakı əməliyyatlar zamanı 35 yaraqlını qətlə yetirdiyini bildirir.

Hərbçilərin bəyanatında deyilir ki, koalisiya qüvvələri bu gün Bağdaddan qərbdə - Əl Ənbar vilayətində və şimaldakı Mosul şəhərində 10 terrorçunu qətlə yetiriblər.

Məlumatda İraqdakı Əl Qaidə qüvvələrini hədəf alan əməliyyat zamanı 9 şübhəli şəxsin saxlanıldığı da bildirilir.

ABŞ hərbçiləri həmçinin bildiriblər ki, koalisiya qüvvələri bazar ertəsi Baqubanın şimal şərqində başa çatan 3 günlük əməliyyatda 25 terrorçunun öldürüldüyünü və 5 şübhəlinin saxlanıldığını bildiriblər.

XS
SM
MD
LG