Accessibility links

Pakistan məscidində beş yüzə yaxın İslamçı tələbə təslim olub


Pakistandakı radikal məscidin, əsasən, qadınlardan ibarət yüzlərlə tələbəsi polisə təslim olub. Məscidin liderləri isə hələ də içəridə müqavimət göstərir.

Hökumət rəsmiləri tələbələrə silahı yerə qoyub çölə çıxmaları barədə ultimatum verdikdən sonra 500-dən artıq adam Lal Məscidi tərk edib. Rəsmilər məscidin içərisində hələ də min nəfərin qaldığını deyir. İnformasiya naziri Tariq Əzim deyib ki, hökumət silahlı ekstremistlərin təslim olmaqdan başqa çarələrinin qalmadığını dərk edəcəyinə ümidlidir.

Pakistan hərbi qüvvələri ərazini mühasirəyə alaraq, İslamabadda 24 saatlıq qadağan saatı qoyublar.

Çərşənbə axşamı təhlükəsizlik qüvvələri ilə toqquşmada azı 11 adam həlak olub. Ruhanilər və tələbələr hökumətdən İslam qaydalarına daha ciddi riayət olunmasını tələb edirlər.

XS
SM
MD
LG