Accessibility links

Britaniya hökuməti xarici vətəndaşların səhiyyə xidmətləri prosesini nəzərdən keçirəcək


Britaniyanın baş naziri Qordon Braun xarici vətəndaşların ölkənin səhiyyə xidmətlərinə cəlb edilməsi prosesini nəzərdən keçirməyə göstəriş verib. Cənab Braun parlamentə bildirib ki, rəsmilər ölkəyə yüksək tələbatda olan işləri doldurmaq üçün daxil olan mühacirlərin keçmişini əsaslı şəkildə yoxlayacaq.

London və Qlazqoda maşında bomba partlayışlarına cəhd edən 8 şəxsin hamısı Britaniya Milli Səhiyyə Xidməti ilə əlaqəlidir. Şübhəlilərdən altısı Londonun Paddinqton Green polis məntəqəsində saxlanılır. Yeddincisi Xalid Əhməd Şotlandiya xəstəxanasında aldığı kəskin yanığlardan müalicə olunur. O, yanan maşını Qlazqo aeroportunda terminala çırpmışdı. Səkkizinci şübhəli, Hindistan vətəndaşı Məhəmməd Hənif Avstraliyada, ölkəni tərk edərkən həbs olunub.

XS
SM
MD
LG