Accessibility links

Müsəlman generalın işi Bosniya-Herseqovinaya göndərilib


Haaqadakı beynəlxalq tribunal Bosniyalı müsəlman generalın məhkəmə işini Bosniya-Herseqovinadakı məhkəməyə göndərmək üçün vəsatət verib.

İttihamçılar general Rasim Delicin məhkəmə yerinin dəyişdirilməsi barədə vəsatəti bu gün hakimlərin istintaq müddətini məhdudlaşdırmaq qərarından sonra veriblər.

1990-cı illərdə Balkan müharibəsi zamanı Bosniya müsəlman ordusunun əsas hərbi rəhbərlərindən olan Delic qətl, zorlama və qəddar rəftarda günahlandırılır.

XS
SM
MD
LG