Accessibility links

İsrail qüvvələri Qəzza Zolağında hərbi əməliyyatlar keçirib


İsrail hərbçiləri Qəzza şəhəri yaxınlığında keçirdikləri hərbi əməliyyatlar nəticəsində azı 5-i yaraqlı olmaqla, 7 nəfəri öldürüblər. Rəsmilər İsrail hərbçilərinin yaraqlıları ələ keçirmək üçün buldozerlər və tanklar vasitəsi ilə Qəzza Zolağına daxil olduqlarını və toqquşmanın Maqazi qaçqın düşərgəsi yaxınlığında baş verdiyini bildirirlər. İsrail ordusu yaraqlılara qarşı hərbi təyyarələrdən də istifadə edib.

Bu arada Həmas Qəzza Zolağında mülki qulluqçulara işə getməyə icazə verməyib. Bu insident keçən ay Qəzzada nəzarəti əlinə almış Həmasla prezidenti Mahmud Abbas olan hökumət arasındakı qarşıdurmanın nəticəsidir. Həmas istirahət günlərinin cümə axşamı və cümə günləri olmasını, Mahmud Abbas administrasiyası isə istirahət günlərinin cümə və şənbə günlərinə salınmasını istəyir.

XS
SM
MD
LG