Accessibility links

Koalisiya qüvvələri 33 Taliban öldürüblər


Əfqanıstan rəsmilərinin bildiridiyinə görə Əfqan və ABŞ hərbi qüvvələrinin birgə quru və hava hücumları nəticəsində ölkənin cənubunda 33 Taliban yaraqlısı öldürülüb. Müdafiə rəsmiləri deyirlər ki, əməliyyat cənubi Uruzqan vilayətində militant hücumlarına cavab olaraq həyata keçirilib. Başqa xəbərdə NATO rəsmiləri məlumat verir ki, ölkənin şərqində baş verən 2 insident nəticəsində beynəlxalq qüvələrin 3 əsgəri həlak olmuş və bir neçə başqa adam yaralanmışdır. Beynəxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin rəhbərləri bu xəbəri bu gün açıqlasalar da ölənlərin milliyətini deməyiblər. Regionda xidmət edən əksər NATO əsgərləri Amerikalılardır. Dünən keçirilən hərbi əməliyyat zamanı 2 NATO əsgəri həlak olub. 3-cü NATO əsgəri isə yolkənarı bomba partlayışı nəticəsində dünyasını dəyişib. Cənubi Qəndəhar vilayətinin Spin Boldak qəsəbəsində baş verən intiharçı hücumu nəticəsində 9 Əfqan vətəndaşı və polisi həlak olub.
XS
SM
MD
LG