Accessibility links

BMT İraqlı qaçqınlar məsələsi üçün İordaniya və Suriyaya  yardıma  çağırıb


BMT qaçqınlar agentliyi İordaniya və Suriyanın İraq qaçqın böhranı ilə təkbaşına məşğul olmasının mənəviyyatdan uzaq olduğunu bildirir. BMT qaçqın agentliyi böhranla bağlı problemlərin həlli üçün indiyə qədər 70 milyon dollar yardım alıb. Lakin agentliyin Cenevrədəki sözçüsü İordaniyanın və Suriyanın problemi həll etmək üçün daha çox yardıma ehtiyacı olduğunu bildirir. İraqdakı zorakılıqlardan qaçan 2 milyon qaçqın İordaniya və Suriyada sığınacaq tapıb.

Birləşmiş Ştatların hərbçiləri İraqın Əl Ənbar vilayətindəki son döyüşlərdə üç terrorçunu öldürdüklərini və yaraqlı olmaqda şübhəli bilinən 8 nəfəri həbs etdiklərini bildirirlər. Bu gün hərbçilər İraqda terror hücumlarına rəhbərliyə görə məsul olduğu ehtimal edilən, eləcə də cihad təbliğatı aparmağa cəhd edən Əl Qaidəyə üzvlükdə şübhəli bilinən şəxsi həbs ediblər.

XS
SM
MD
LG