Accessibility links

Birləşmiş Ştatların qərbində rekord istilər


Birləşmiş Ştatların qərbində yaşayan amerikalılar bir neçə gündür ki, istidən əziyyət çəkir. Bir çox şəhərlərdə cümə axşamı havanın temperaturu ən yüksək həddinə çatıb.

Turist şəhəri olan Las Veqasda hava 47 dərəcə Selsi olub. Arizonanın Feniks, Aydahonun Boys, Kaliforniyanın Beyker şəhərlərində isə temperatur 50 dərəcə civarındadır.

Bir çox şəhərlərin rəhbərliyi sakinləri günvurmadan qorumaq üçün sərinlətmə mərkəzləri açıblar. Rəsmilər həmçinin kondisionerlərin tam gücü ilə işə salındığı bu günlərdə elektrik kəsilmələrindən də ehtiyat edirlər.

Bu arada Texasın böyük bir hissəsi 6 həftədir ki davam edən leysan yağışlardan sonra sellərlə mübarizə aparır.

XS
SM
MD
LG