Accessibility links

Pərviz Müşərrəf Lal Məsciddə olanlara xəbərdarlıq edib


Pakistan prezidenti Pərviz Müşərrəf mühasirədə olan məsciddəki üsyançıları təslim olmağa çağırmış, təslim olmadıqları təqdirdə öldürüləcəkləri barədə xəbərdarlıq vermişdir. Hökumət rəsmiləri son 6 gün ərzində Lal Məsciddə davam edən toqquşmalar nəticəsində 19 nəfərin öldüyünü və hələ də məsciddə 60-a yaxın yaraqlının, yüzlərlə tələbənin olduğunu deyirlər.

Lal Məsciddə olan ruhani Əbdül Rəşid Qazi dünən hökumətin təslim olmaq tələbini rədd edərək, məsciddə olan yüzlərlə tərəfdarı ilə birlikdə şəhid kimi öləcəklərinə and içib. Bununla yanaşı, hökumət Qazinin qarşıdurmaya son qoymaq müqabilində İslamabaddan təhlükəsiz çıxmaq tələbini rədd edib. Bu gün isə Qazi hökumət qüvvələrinin artıq 70-ə yaxın tələbəni qətlə yetirdiyini bildirib.

XS
SM
MD
LG