Accessibility links

Iraqda gün ərzində 50-dən çox adam öldürülüb


İraq polisinin bildirdiyinə görə, son 24 saat ərzində 50 nəfərdən çox adam qətlə yetitilib, yüz nəfərdən çoxu isə yaralanıb. Bağdadın şimalındakı Emerli kəndindəki bazarda yük maşınına yerləşdirilmiş bomba hücumu azı 28 nəfərin ölümünə səbəb olub. Dünən isə Diyala vilayətində baş verən zorakılıq nəticəsində azı 22 nəfər ölmüş, 17 nəfər yaralanmışdır. Bu gün hərbiçilərin yoxlanış məntəqəsinə edilən hücum azı iki İraq əsgərinin ölümünə səbəb olub.

Birləşmiş Ştatlar hərbiçiləri bir neçə gün ərzində İraqda 6 Amerika əsgərinin öldüyünü, Britaniya müdafiə nazirliyi isə Bəsrə şəhərində baş verən güclü atışma nəticəsində bir britaniyalı əsgərin öldürüldüyünü bildirir.

XS
SM
MD
LG