Accessibility links

11 sentyabr hücumlarını araşdıran komissiya Əl Qaidənin gücləndiyini deyir


2001-ci il 11 sentyabr hücumlarını araşdıran komissiya bildirir ki, ƏL Qaidə güclənməkdədir və Birləşmiş Ştatlar növbəti terror hücumuna kifayət qədər hazır deyil.

Keçmiş İndiana konqressmeni Tim Romer bu bəyanatı demokratların həftəlik radiomüraciətini səsləndirərkən verib. Romer deyib ki, 11 sentyabr komissiyasının tövsiyyələrinin yalnız yarısı yerinə yetirilib.

Hələ həll olunmamış problemlər arasında konqresmen informasiya mübadiləsi, infrastrukturun mühafizəsi və təcili yardım kommunikasiyaları kimi məsələləri sadalayıb.

Romer deyib ki, İraqdakı müharibə yeni cihadçılar nəsli yaratmaqdadır. O, Birləşmiş Ştatların Əl Qaidənin terrorçu təlim mərkəzlərini Əfqanıstanda bağladıqdan sonra belə düşərgələrin Pakistanda yaradıldığını deyib.

XS
SM
MD
LG