Accessibility links

Avstraliya rəsmiləri Britaniyada terrorla bağlı beş Hinidistanlı həkimi dindiriblər


Avstraliyanın baş prokuroru Londonda maşına qoyulmuş bombaların Avstraliyadan zəng vasitəsilə işə salınacağı haqda məlumata ciddi reaksiya verməyib. Filip Raddok bu gün Avstraliya televiziyasına verdiyi müsahibədə bildirib ki, bu spekulyasiya onunla əlaqədardır ki, terror əməliyyatında istifadə olunacaq telefonlar Avstraliyada saxlanılan şəxslərə məxsusdur. Avstraliya polisi ötən ay London və Qlazqoda maşın bombalanması ilə əlaqədar 5 Hindistan həkimini dindirmiş və sonradan onları azadlığa buraxmışdır. Raddokun sözlərinə görə polis həmin adamlara ölkədən çıxmamağı əmr edib. İndiyə kimi polis Məhəmməd Hənif adlı bir Hind həkimini saxlayır. O, ölkəni tərk etmək istəyərkən həbs edilmişdi.
XS
SM
MD
LG